Modern.az

Artur Rasizadə Neft Fondunun Müşahidə Şurasını topladı - büdcə dəyişdirilir  

Artur Rasizadə Neft Fondunun Müşahidə Şurasını topladı - büdcə dəyişdirilir   

Aktual

27 Sentyabr 2017, 17:56

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, baş nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

 

Müşahidə Şurası təqdim olunmuş ARDNF-nin 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)