Modern.az

Prezident ticarət festivalı üçün 1 milyon manat ayırdı

Prezident ticarət festivalı üçün 1 milyon manat ayırdı

Aktual

28 Sentyabr 2017, 17:42

Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Modern.az-ın məlumatına görə, sərəncama əsaəsn, Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, oktyabrın 15-dən noyabrın 15-dək Bakıda ticarət festivalının (“shopping festival”) təşkili məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı