Modern.az

Azərbaycanla Rusiya arasında 5 sənəd imzalanıb

Azərbaycanla Rusiya arasında 5 sənəd imzalanıb

Aktual

28 Sentyabr 2017, 21:37

Rusiyanın Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında sənədlər imzalanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, forum çərçivəsində keçirilən plenar iclasın sonunda iki ölkə arasında iqtisadiyyat sahəsində sənədlər imzalanıb.

 

Sənədlərin imzalanma mərasimi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə baş tutub.

 

Forumda iki ölkə arasında iqtisadiyyat sahəsi ilə bağlı 5 sənəd imzalanıb. Onların arasında Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlığa, Azərbaycanın Stavropol diyarının Kislovodsk şəhərində sanatoriya tikintisinə dair sənədlər var. Digər sənədlər isə Rusiya və Azərbaycan şirkətləri arasında imzalanıb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı