Modern.az

Bakı-Sumqayıt qatarı adam vurdu  

Bakı-Sumqayıt qatarı adam vurdu   

Aktual

29 Sentyabr 2017, 11:39

Sentyabrın 28-də saat 9 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Bakı-Sumqayıt elektrik qatarı ilə Bakı şəhər sakini Məhərrəm Abbasov vurulub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində M.Abbasov hadisə yerində ölüb.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)