Modern.az

Patruşev Heydər Əliyevin məzarını ziyarət edib 

Patruşev Heydər Əliyevin məzarını ziyarət edib 

Aktual

30 Sentyabr 2017, 16:22

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı üstünə əklil və tər çiçəklər qoyub.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı