Modern.az

Sumqayıtda yanğın - 15 sakin təxliyə olunub

Sumqayıtda yanğın - 15 sakin təxliyə olunub

Aktual

6 Oktyabr 2017, 10:29

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 kv.m sahədə və ev əşyaları 5 kv.m sahədə yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi