Modern.az

Bakının 3 rayonunda su olmayacaq

Bakının 3 rayonunda su olmayacaq

Aktual

6 Oktyabr 2017, 11:26

Bakı  şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış- kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.

 

Bu haqda Modern.az-a “Azərsu” Açıq  Səhmdar Cəmiyyətindən bildirilib.

 

Qeyd olunub ki, bununla əlaqədar 6 oktyabrda gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

 

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı