Modern.az

Dağıstanın yeni başçısı hökuməti istefaya göndərdi

Dağıstanın yeni başçısı hökuməti istefaya göndərdi

Aktual

6 Oktyabr 2017, 18:00

Dağıstana müvəqqəti rəhbər təyin olunmuş Vladimir Vasilyev respublikanın bütün hökumət üzvlərini istefaya göndərib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, müvafiq sərəncam yerli administrasiya üzvlərinə verilib.

 

Hökumətlə yanaşı, bütün aparat üzvləri də işlərindən azad olunur.

 

Putin oktyabrın 3-də istefaya gedən Ramazan Abdulatipovun yerinə polis general-polkovniki Vladimir Vasilyevi Dağıstan rəhbəri təyin etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!