Modern.az

ABŞ Rusiya Baş Qərargahının nümayəndələrinə viza vermədi

ABŞ Rusiya Baş Qərargahının nümayəndələrinə viza vermədi

Aktual

13 Oktyabr 2017, 01:00

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti üzvlərinə Amerika vizası verilməyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya nümayəndə heyəti BMT-də hərbçilərin Rusiya-Çin birgə konfransında iştirak etməli imiş.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov bildirib ki, həmin tədbirdə general-leytenant Andrey Tretyakın başçılıq etdiyi nümayəndə heyətinin iştirakı planlaşdırılıbmış.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...