Modern.az

Banqladeşdə fil qaçqınlara hücum etdi - 4 ölü

Banqladeşdə fil qaçqınlara hücum etdi - 4 ölü

Aktual

14 Oktyabr 2017, 17:07

Banqladeşdə fil rohinca qaçqınları olan düşərgəyə hücum edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, azı 4 nəfərin filin ayaqları altında qalıb öldüyü bildirilir.

 

Məlumata görə, səhər saatlarında qəflətən fil meşədən çıxaraq düşərgəyə hücum edib.

 

Hadisə zamanı 2 nəfərin elə yerindəcə öldüyü bildirilir.

 

Daha 2 nəfər aldığı yaralardan ölüb. Bir neçə nəfər isə ağır xəsarətlərlə yaxınlıqdakı tibbi məntəqəyə yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)