Modern.az

Ana doğuş zamanı öldü

Ana doğuş zamanı öldü

Aktual

17 Oktyabr 2017, 22:19

Qobustan rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana dünyasını dəyişib.

Bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının üçüncü hamiləliyi olub. Onun iki oğul övladı var. Onun yeni doğulan qızı isə sağ qalıb.

Mərhumun yaxınları ananın ölümündə həkimləri ittiham edirlər.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!