Modern.az

Novruz Məmmədovdan “Qarabağ”ın oyununa REAKSİYA - hakimə etiraz etdi

Novruz Məmmədovdan “Qarabağ”ın oyununa REAKSİYA - hakimə etiraz etdi

Aktual

19 Oktyabr 2017, 11:45

Siyasətdə baş verənlər idmanda da təkrar olunur.

 

Modern.az-ın  məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

 

N.Məmmədov qeyd edib:

 

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur".

 

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Dieqo Qodin cərimə meydançasında "Qarabağ"ın futbolçusu Dino Ndlovunu yıxsa da, matçın fransalı referisi bunu simulyasiya kimi qiymətləndirərək cənubi afrikalı hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub.

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)