Modern.az

Üstündən 7 qram, mənzilindən 3.5 kilo marixuana tapıldı

Üstündən 7 qram, mənzilindən 3.5 kilo marixuana tapıldı

Aktual

25 Noyabr 2017, 17:15

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Daxil olan əməliyyat məlumatı əsasında rayon sakini Səlim Kərimov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Üzərinə baxış keçirilərkən 7,26 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun mənzilində axtarış aparılarkən oradakı kisədə böyük miqdarda narkotik vasitə olduğu şübhə doğuran maddə aşkar edilərək ekspertizaya təqdim olunub.

 

Ekspertiza həmin maddənin 3 kiloqram 524 qram çəkidə qurudulmuş marixuana olması barədə rəy verib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı