Modern.az

Azərbaycanlı sahibkar qadın  beynəlxalq axtarışa  verildi

Azərbaycanlı sahibkar qadın  beynəlxalq axtarışa  verildi

Aktual

14 Fevral 2018, 22:23

İnterpol azərbaycanlı qadın sahibkar barədə beynəlxalq axtarış elan edib.  Modern.az  “Trend”ə istinadən xəbər verir ki, 1951-ci ildə Azərbaycanın Salyan rayonunda anadan olan Həsənova Meyransa Avaz qızı vergidən yayınmaqda təqsirləndirilir.

 

M.Həsənova vergidən yayınmaqda ittiham olunaraq barəsində cinayət işi başlansa da, xanım sahibkar istintaqdan yayınıb. Nəticədə məhkəmə M.Həsənova barəsində həbs qətimkan tədbiri seçilməsi və tutularaq istintaqa təhvil verilməsi barədə qərar çıxarıb.

 

Həmin qərar əsasında da M.Həsənova beynəlxalq axtarışa verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...