Modern.az

İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş Prezidentini təbrik etdi

İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş Prezidentini təbrik etdi

Aktual

10 Aprel 2018, 16:44

Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)