Ermənistanda gedən geniş mitinqlər və yürüşlərdən sonra Ermənistanın baş naziri Serj Sarkisyandan təklif gəlib. Modern.az xəbər verir ki, bu barədə Serj Sarkisyanın mətbuat xidməti məlumat yayıb.
Bəyanatda Serj Ermənistanda son zamanlar gedən aksiyalara diqqətə çəkərək etirazçıların lideri Nikol Paşinyanı danışıqlar masasına dəvət edib.
O, aksiyaların vurduğu ziyanlar haqda da söz açıb. Sarkisyan buna görə, dərindən narahat olduğuna diqqət çəkib. Həmçinin Sarkisyan təcili olaraq Paşinyanı danışıqlar masasına dəvət edir. Və hatta bunun üçün digər siyasi gücləri də buna yardım etməyə çağırır.
Bu bəyanat əslində Sarkisyanın siyasi durumunun yaxşı olmadığını göstərir. Özü də hazırki aksiyaların belə qızğın vüsət aldığı bir vaxtda.
Ona görə də o, geriyə addım ataraq danışıqlar masasını təklif edir və Paşinyanın oraya oturması üçün digər siyasi gücləri də bu işə dəvət edir.
Qeyd edək ki, etirazçıların lideri Nikol Paşinyan aksiyaların baş nazir Serj Sarkisyanın istefaya getməyənə qədər davam edəcəyini bəyan edib. Aksiyalar artıq bir həftədən çox müddətdir dayanmadan davam edir. Etirazçılar hökumətin işini iflic etməklə onu istefaya getməyə məcbur etmək istəyirlər. Ermənitan elitası isə bunu utopiya adlandırır.
Əvəz ZEYNALOV