Ermənistan Milli Təhlükəsizlik Xidməti Yerevanda terror hücumlarının qarşısının alındığını elan edib.
Modern.az "RİA Novosti"yə istinadən bildirir ki, ictimai yerlərdə 150-200 bomba partlatmağı planlaşdıran iki nəfər saxlanılıb.
Məlumata görə, həmin şəxslər təşviş yaratmaq və hakimiyyətə təzyiq göstərmək məqsədilə Yerevanın Azadlıq meydanında, ticarət mərkəzi və digər əyləncə yerləri, nəqliyyat vasitələri, yaşayış binalarının ətrafı və körpülərdə partlayış törətməyi planlaşdırıblar.