Modern.az

Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar

Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar

Aktual

23 Aprel 2018, 00:41

 

Ermənistanda etiraz aksiyalarının iştirakçıları Gürcüstanla sərhəddə yolu bağlayıblar.

Modern.az-ın xəbərinə görə, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Nəticədə avtobusların, yük maşınlarının və minik avtomobillərinin Baqrataşen (Ermənistan) - Sadaxlo (Gürcüstan) gömrük-buraxılış məntəqəsində keçidi iflic olub.

Qeyd edək ki, aprelin 22-də, Yerevan polisi Serj Sarkisyanın baş nazir olmasına etiraz edən 228 aksiya iştirakçısını saxlayıb. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Saxlanılanlar arasında müxalifət lideri Nikol Paşinyan və iki deputat – Ararat Mirzoyan və Sasun Mikaelyan var. (oxu.az)

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)