Səudiyyə Ərəbistanının Xarici işlər naziri Adel Əl-Cübeyr Qətərin ABŞ-a ödəniş etməli və Suriyaya qoşun göndərməli olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə “Səudiyyə Nəşr Agentliyi” məlumat yayıb.
“Qətər ABŞ qüvvələrinin Suriyada fəaliyyətinə görə ödəniş etməlidir. Həmçinin ABŞ prezidenti Qətərin müdafiəsinə son qoymamış Suriyaya ordu göndərməlidir. ABŞ Suriyadan getsə Qətər rejimi bir həftə də dayana bilməyəcək” – Adel bildirib.
Nazirin ABŞ prezidenti Donald Trampın ABŞ-ın Suriyadakı əməliyyatlara 7 trilyon dollar xərclədiyini və heç nə əldə etmədiyini bildirməsindən sonra bu barədə çıxış edib.
Qeyd edək ki, Qətərin paytaxtında ABŞ-ın Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki ən böyük hərbi bazası yerləşir. “Əl-Üdeyd” bazasında ABŞ-ın və koalisiya qüvvələrinin 11 minlik hərbi heyyəti yerləşdirilib.
Əvəz ZEYNALOV