Modern.az

Şəmkirdə maşın ağaca dəydi - ölən var

Şəmkirdə maşın ağaca dəydi - ölən var

Aktual

25 Aprel 2018, 14:40

Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, aprelin 24-də saat 16 radələrində Şəmkir rayonunun Düyərli kəndində Sabirkənd kənd sakini Emin Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinlərindən həmkəndlisi Ayaz Allahverdiyev hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

 

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü