Yeni iqtisadi şəraitə uyğun olaraq aparılan islahatlara daha təkmil və çevik idarəetmə sisteminin yaradılması da aiddir. Təsadüfi deyil ki, ölkə başçısının son təyinatları ilə bağlı mühüm və məsul vəzifələrdə gənc, amma təcrübəli kadrların yer alması cəmiyyətin bütün təbəqələri tərəfindən də rəğbətlə qarşılandı. Vətəndaşlar kadr təyinatına yüksək həssaslıqla yanaşaraq Prezidentin bu xüsusdakı sərəncamlarrını da alqışladılar.
Modern.az xəbər verir ki, bu fikirləri “İrəli” İctimai Birliyin sədri, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Mirhəsən Seyidov açıqlamasında bildirib.
Onun sözlərinə görə, İlham Əliyev parlamentdə andiçmə mərasimində söylədiyi dərin məzmunlu nitqində bir sıra məqamlarla bağlı mesajlar da vermişdi.
"Buna misal olaraq Ölkə rəhbəri dövlətimizin əldə etdiyi bütün uğurların kökündə müstəqilliyə qovuşmağımızın dayandığını diqqətə çatdırıb. Dövlət başçısı fəaliyyətində ona böyük güc verən qüvvəni açıq ifadə edib. Prezident deyib: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir" Bu fikir faktiki olaraq İlham Əliyevin səmərəli fəaliyyətinin başlıca səbəbini açır. Prezident öz xalqına güvənir, ona xidmət edir və bu səbəbdən xalqdan daim dəstək görür. Eyni zamanda Prezident daim ölkədə gənc kadrların əsas icraedici qüvvə olmasının da vacib olduğunu qeyd edib. Və təyinatlar zamanı şahidi olduq.
Azərbaycanda müxtəlif sahələri özündə əks etdirən köklü islahatların həyata keçirilməsi isə təqdirəlayiq haldır. İstər siyasi, istər iqtisadi, istərsə də idarəetmə sahəsində həyata keçirilən islahatların müsbət nəticələr verəcəyi şübhəsizdir. Azərbaycan hökumətinin apardığı iqtisadi islahatların insanların sosial rifahının yüksəlməsinə müsbət təsir etməsi isə göz önündədir".