Modern.az

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək

Aktual

25 Aprel 2018, 17:55
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İşlər İdarəsi və tabe təşkilatların əməkdaşları üçün  yüksək mərtəbəli yaşayış kompleksi tikilir.
 
Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb.
 
Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.
 
Binanın tikintisini "Kontinent İnşaat” MMC həyata keçirəcək. 
“APA-Economics”in məlumatına görə, yaşayış kompleksinin gələn ilin payızında istifadəyə verilməsi nəzərdə tutulub.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!