Modern.az

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”

Aktual

25 Aprel 2018, 18:05

Son günlər  “sensayiya axtarışında olan”  bəzi saytlarda və mətbuat oranlarında  “1001 gecə” istirahət və çimərlik kompleksi  ilə bağlı yayılan əsassız  xəbərlərə  aydınlıq gətirmək istəyirəm.

 

Keçən ilin aprel ayında razılaşma yolu ilə Azərbaycan vətəndaşı Rəşad Qasımov və  iki İraq vətandaşı ilə müqavilə bağlayıb yuxarıda adı çəkilən obyekti icarəyə verdim. Müqavilə bağlanarkən yalnız  Rəşad Qasımovun  VÖEN-i var idi. İraq vətəndaşlarından VÖEN tələb etdikdə 10 gün ərzində təqdim edəcəklərinə söz verdilər. Mən onlara inandım. Amma aradan 1 il keçməsinə baxmayaraq onlar hələ də VÖEN-i təqdim etməyiblər.

Hamıya bəlli olan həqiqətdir ki,  sahibkarlıq  fəaliyyəti ilə  məşğul olmaq üçün aidiyyatı vergi  orqanlarında  qeydiyyatdan keçmək lazımdır. Məhz bu məsələ ilə bağlı müqaviləni pozmaq istəyəndə  Rəşad Qasımov bütün  məsuliyyəti  üzərinə götürərək  öz VÖEN-nini qeydiyyatdan keçirdi.Və əminliklə  bildirdi ki, mən obyekti işlədəcəyəm. Razılaşdıq.

 

 Azərbaycan qanunlarına görə  VÖEN-i  olmayan İraq vətəndaşlarının heç bir icarə hüququ yoxdur və ola bilməz!

Azərbaycan Respublikasının  prezidentinin  “Sığorta haqqında” sərəncamını nəzərə alaraq, fevralın əvvəllərində Rəşad Qasımova təklif etdim ki, gələcəkdə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq məqasədi ilə obyekti sığorta etdirməlidir.

Bu təklifdən sonra onu ayyarım gözlədim. Lakin dəfələrlə söz versə də,  obyekti sığorta etdirmədi. Bu faktı təsdiq edən bütün sənədlər mövcuddur.

Məcbur  olub  bu  ilin aprelin 1-də  müqaviləni pozdum.

O isə  bəzi saytlarda və yazmağa mövzu tapmayan müxalifətyönlü qəzetlərdə şantaj və  böhtanla məşğul  olur.

Qoy  bu  yalan və böhtanlara  görə  ilk növbədə o, öz vicdanı və Allah qarşısında cavab  versin!

                                                                                       

Elşən Səfərov - Obyektin icraçı direktoru.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir