Modern.az

Putin Sarkisyana zəng vurub

Putin Sarkisyana zəng vurub

Aktual

26 Aprel 2018, 00:07

Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Armen Sarkisyanla telefon söhbətində Ermənistandakı mövcud vəziyyəti müzakirə edib.

Modern.az  xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Telefon söhbətində Ermənistandakı mövcud vəziyyət müzakirə olunub. Vladimir Putin və Armen Sarkisyan  vurğulayıblar ki, ölkədə daxili böhranın ən qısa zamanda öhdəsindən gəlmək üçün bütün siyasi qüvvələrin təmkinli və məsuliyyətli olmaları  və mövcud problemlərin konstitusiya çərçivəsində konstruktiv dialoq yolu ilə həllinə hazırlıq nümayiş etdirmələri son dərəcə vacibdir”, - deyə məlumatda qeyd olunur

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!