Modern.az

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi

Aktual

26 Aprel 2018, 21:20

 

 

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyanla Ermənistandakı mövcud vəziyyəti müzakirə edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi saytında məlumat dərc olunub.

“Müzakirələrdə Ermənistandakı böhranlı vəziyyətin yalnız hüquq müstəvisində, qüvvədə olan Konstitusiya çərçivəsində və 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında həllinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.

Bundan əvvəl Ermənistanın baş nazir müavini v.i.e Armen  Qovorkyanın Moskvada müşavirə keçirdiyi ilə bağlı xəbər yayılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir