Modern.az

Cənubi və Şimali Koreya liderləri arasında TARİXİ GÖRÜŞ

Cənubi və Şimali Koreya liderləri arasında TARİXİ GÖRÜŞ

Aktual

27 Aprel 2018, 09:02

Bu gün Koreya Respublikasının prezidenti Mun Ce-in ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında tarixi görüşün birinci raundu keçirilib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, KXDR lideri Kim Çen In və onu müşayiət edən nümayəndə heyəti iki ölkə arasında demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsinin Cənubi Koreya hissəsindəki “Sülh” sarayında keçirilən görüş üçün cənub tərəfə keçiblər. Bu, 1950-1953-cü illər Koreya müharibəsindən sonra Şimali Koreya liderinin cənub ərazisinə ilk səfəridir.

Danışıqlar zamanı tərəflər Şimal və Cənubun əlaqələrinin yaxşılaşdırılmasını, sülhü və birləşmənin perspektivlərini müzakirə ediblər.

Görüşün detalları barədə əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir