Nikol Paşinyan baş nazir vəzifəsini icra edən Karen Karapetyanı yenidən danışıqlar masasına dəvət edib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşün “Marriot” oteldə olacağı planlaşdırılır.
Etirazçılar aprelin 27-si Yerevanda mitinqlər keçirməyəcək. Bu barədə aprelin 26-sı axşam saatlarında etirazçıların lideri Nikol Paşinyan bəyan edib.
Etirazçıların budəfəki hədəfi Gümrüdür. Paşinyan paytaxtdakı mitinq iştirakçılarına istirahət vermək qərarına gəlib. Həmçinin bununla o ironik olaraq paytaxta da dincəlməyə imkan verib.
Etirazçılar bu dəfə maşın karvanı ilə Gümrüyə üz tutacaqlar. Gümrüdə mitinq saat 18-də başlayacaq.
Aprelin 28-də isə mitinqlərin Vanadzorda davam etdiriləcəyi də bildirilir.
Aprelin 29, 30-u və mayın 1-i isə etirazçılar Yerevanda mitinqlərə start verəcəklər.
Əvəz ZEYNALOV