Modern.az

Azərbaycana qanunsuz gətirilən 23 mobil telefon aşkar edildi

Azərbaycana qanunsuz gətirilən 23 mobil telefon aşkar edildi

Aktual

27 Aprel 2018, 10:13

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan Modern.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...