Modern.az

Milli Qəhrəmanın doğum günüdür – Əfsanəvi partizanın oğlu  

Milli Qəhrəmanın doğum günüdür – Əfsanəvi partizanın oğlu   

Aktual

27 Aprel 2018, 11:33

Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun doğum günüdür. 
Modern.az-ın məlumatına görə, Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 1952-ci il aprelin 27-də Şəki rayonun Oxut kəndində anadan olub.

O, İkinci Dünya Müharibəsinin əfsanəvi partizanı Əhmədiyyə Cəbrayılovun ailəsində doğulub. Orta təhsilini bitirəndən sonra, milis məktəbində oxuyub. 1978-ci ildə bu məktəbi bitirib, leytenant rütbəsi alıb və sahə müvəkkili təyin edilib

O, milis zabiti kimi 1990-cı ildə Qarabağa ezam olunub, Cəmilli kəndinin müdafiəsində fəal iştirak edib.

Mikayıl Cəbrayılov 1990-cı il dekabrın 15-də başçılıq etdiyi dəstə ilə birlikdə Cəmilli-Kosalı yolunda erməni yaraqlılarının pusqusuna düşür, düşmənlə axıra qədər vuruşur, yaralansa da, döyüş meydanını tərk etmir, düşmənin qarşısını kəsərək, yaralıların təhlükəsiz yerə çıxarılmasını təmin edir, sonda qəhrəmanlıqla həlak olur.

Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Qəhrəman Şəki rayonun Oxut kəndində dəfn edilib. Şəki şəhərində küçələrin biri onun adını daşıyır.

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir