Modern.az

Sürücülərə XƏBƏRDARLIQ: Aeroport yolunda hərəkət məhdudlaşdırılır

Sürücülərə XƏBƏRDARLIQ: Aeroport yolunda hərəkət məhdudlaşdırılır

Aktual

27 Aprel 2018, 12:45

Aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.

 

Bu barədə Modern.az-a Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

 

Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir və sürücülərdən sözügedən hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir