Modern.az

Məktəb avtobusunda dəhşət: 13 şagird can verdi

Məktəb avtobusunda dəhşət: 13 şagird can verdi

Aktual

27 Aprel 2018, 15:17

Hindistanda baş verən  ağır yol qəzası 13 uşağın həyatına son qoyub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uttar Pradeş ştatında olub. Qatar ilə şagirdləri məktəbə aparan servis avtobusunun toqquşması nəticəsində avtobusu idarə edən sürücü və 13 şagird həlak olub.

 

Qəzada ölən uşaqların hamısının yaşı 10-dan az olub. Onlarla şagirdin yaralandığı bildirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!