Prezident İlham Əliyev Ataxan Paşayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında arxiv işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ataxan Əvəz oğlu Paşayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
Qeyd edək ki, Ataxan Paşayev uzun illərdir Milli Arxiv İdarəsinin rəisi vəzifəsində çalışır.
Nazirlər Kabinetinin strukturuna daxil olan bu qurumun sədri yeni hökumətin tərkibi təsdiqlənərkən təyinat almayıb. A.Paşayev hazırda Milli Arxiv İdarəsinin rəisi vəzifəsini icra edən şəxsdir.