Modern.az

Elektrik şəbəkəsinin işçisi döyüldü - GORANBOYDA

Elektrik şəbəkəsinin işçisi döyüldü - GORANBOYDA

Aktual

27 Aprel 2018, 20:46

Goranboy Elektrik Şəbəkəsinin işçisi iş başında döyülüb.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndində baş verib.

 

 

Sözügedən kənddə vəzifə borcunu yerinə yetirən rayonun Tatarlı kənd sakini, 1984-cü il təvəllüdü Məmmədov Zaur Məmməd oğlu Səfikürd kənd sakini, 1962-ci il təvəllüdlü Paşayev Vaqif İsrafil oğlu tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan Z. Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

V. Paşayev artıq polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir