Modern.az

Oğuzda uşaq bağçası uçdu - FOTOLAR  

Oğuzda uşaq bağçası uçdu - FOTOLAR   

Aktual

28 Aprel 2018, 00:34

Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasının bir hissəsi uçub.

Sputnik.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib. Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.

Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bina son illər qəzalı vəziyyətə düşüb.

Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)