Modern.az

Zakir Həsənov Çinin hərbi zavoduna getdi

Zakir Həsənov Çinin hərbi zavoduna getdi

Aktual

28 Aprel 2018, 12:25

Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov  aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETS İnternational” şirkətini ziyarət edib. 

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.


Sonra Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur. 

 

Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETS İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)