Modern.az

Gəncədə “700 min ağac əkək” kampaniyası davam edir

Gəncədə “700 min ağac əkək” kampaniyası davam edir

Aktual

28 Aprel 2018, 14:37

YAP Gəncə şəhər təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirib.

Ziyalıların, şəhər ictimaiyyətinin və partiya fəallarının yaxından iştirak etdiyi növbəti ağacəkmə aksiyasında Ulu öndərin adını daşıyan Heydər Əliyev Park Kompleksinin ərazisində  1000-dən çox şam ağacı əkilib.

Partiya fəalları böyük həvəslə ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!