Modern.az

Medvedev yeni hökumətdən kənarda qalmaq istəmir  

Medvedev yeni hökumətdən kənarda qalmaq istəmir  

Aktual

28 Aprel 2018, 16:52

Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, hazırkı hökumətin istefasından sonar istirahətə getmək planları yoxdur.

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qanunvericiliyə görə, 2018-ci il mayın 7-də prezident Vladimir Putinin andiçmə mərasimindən sonar hazırki hökumət istefaya göndəriləcək.

 "Şübhəsiz ki, mən hələ istirahətə getmək fikrində deyiləm. Mən ölkəmə maksimum fayda verə biləcəyim yerdə işləməyə hazıram", - D.Medvedev bildirib. 

Medvedevin sözlərinə görə, onun rəhbərlik etdiyi hökumət son illərdə çətin şəraitdə işləyib.


"Hökumətin fəaliyyəti çətin şəraitdə keçib. Bir tərəfdən 2008-ci ildən başlayan böhran dalğası, digər tərəfdən isə dünya iqtisadiyyatında, karbohidrogen bazarındakı dəyişikliklər və 2014-cü ildən ortaya çıxan sanksiyalar...”.

 
Bu il martın 18-də keçirilmiş prezident seçkilərindən qalib ayrılan Vladimir Putin bəyan edib ki, andiçmə mərasimindən sonra hökumətdə dəyişikliklər edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)