Modern.az

Robot insanları işə qəbul edir

Robot insanları işə qəbul edir

Aktual

28 Aprel 2018, 20:28

Rusiyanın “Stafory.com” şirkətinin mütəxəssisləri tərəfindən yaradılan robot insanlarla söhbətlər aparır və işə uyğun namizədləri seçir.

Modern.az  xəbər verir ki, şirkət yeni işçilərə ehtiyacı olan kommersiya təşkilatları üçün işə qəbul xidmətləri təklif edir. Vera adlanan robot hər gün mindən çox potensial əməkdaşla söhbətlər aparır. Adi insanlar bu işə, adətən, bir ay sərf edirlər. Robot müsahibə keçirə, namizədlərlə zəngləşə və onlara elektron məktub yaza bilir. Vera insanlarla ünsiyyətdə böyük təcrübə toplamaq imkanı verən maşın təlimi texnologiyası və süni intellekt əsasında işləyir. Layihə müəllifləri bildiriblər ki, robot ötən ildən etibarən, ölkədə fəaliyyət göstərən bir çox şirkətlər üçün minlərlə yeni əməkdaş tapıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?