Modern.az

Bakıdakı “Tramp binası” yenidən yanır - bu dəfə bütünlüklə - FOTOLAR+VİDEO

Bakıdakı “Tramp binası” yenidən yanır - bu dəfə bütünlüklə - FOTOLAR+VİDEO

Aktual

28 Aprel 2018, 21:25
Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində - əvvəllər  “Trump Tower” kimi tanınan binada yenidən yanğın başlayıb.
 

Bu barədə Modern.az-a hadisə şahidləri məlumat veriblər.
 

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.

 
Xatırladaq ki, bu gün günorta saatlarında burada yanğın baş vermişdi və bir neçə saatdan sonra lokallaşdırılaraq söndürülmüşdü.
Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)