Modern.az

Şamaxı sakini özünü su anbarına ataraq intihar edib

Şamaxı sakini özünü su anbarına ataraq intihar edib

Aktual

28 Aprel 2018, 23:27

Şamaxı şəhərində intihar hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, 1985-ci il təvəllüdlü şəhər sakini Nuriyev Mübariz Məhəmmədəli oğlu özünü Şamaxı Zoğalavatay su anbarına ataraq intihar edib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı regional şöbəsinə aparılıb.

 

İntiharın səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır