Modern.az

Türkiyə prezidenti 18 ildən sonra ilk dəfə Özbəkistana gedir

Türkiyə prezidenti 18 ildən sonra ilk dəfə Özbəkistana gedir

Aktual

29 Aprel 2018, 09:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Özbəkistana rəsmi səfər edəcək.

Modern.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, səfər aprelin 29-dan mayın 1-dək davam edəcək. Rəcəb Tayyib Ərdoğan səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq, bu ölkənin parlamentində çıxış edəcək, həmçinin Özbəkistan-Türkiyə işgüzar forumuna qatılacaq.

Bu, 18 illik aradan sonra Türkiyə prezidentinin Daşkəndə ilk rəsmi ziyarətidir. Türkiyənin 10-cu Prezidenti Əhməd Necdət Sezər Daşkəndə 2000-ci ildə dövlət səfəri etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?