Modern.az

Filippin prezidenti: "Kim Çen In mənim pərəstişkarımdır"

Filippin prezidenti: "Kim Çen In mənim pərəstişkarımdır"

Aktual

29 Aprel 2018, 17:01

Filippin prezidenti Rodriqe Duterte Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı özünün pərəstişkarı adlandırıb və gələcəkdə onunla görüşmək istədiyini bildirib.

AZƏRTAC yerli ABS-CBN telekanalına istinadla xəbər verir ki, R.Duterte bunu aprelin 29-da Sinqapur səfərindən qayıdarkən bəyan edib. “Onu həmişə pis oğlan kimi təqdim edirdilər, amma o, özünün bir hərəkəti ilə günün qəhrəmanına çevrildi. İndi o, mənim pərəstişkarımdır”, - deyə prezident bildirib.

Xatırladaq ki, aprelin 27-də Cənubi Koreya və Şimali Koreya liderlərinin tarixi danışıqlarının yekunu olaraq “Koreya yarımadasının birləşməsi, sülh və inkişaf naminə bəyannamə” imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)