Modern.az

Ağstafada mikroavtobus qəzaya düşdü - 15 nəfər yaralandı

Ağstafada mikroavtobus qəzaya düşdü - 15 nəfər yaralandı

Aktual

8 May 2018, 11:02

Ağstafa rayonunda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində baş verib.

"QAZel" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər yaralanıb. Onların 10 nəfəri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)