Modern.az

Ərdoğan İrana görə ABŞ-ı sərt tənqid etdi 

Ərdoğan İrana görə ABŞ-ı sərt tənqid etdi 

Aktual

9 May 2018, 11:50

"ABŞ İranla "altılıq" ölkələri arasında imzalanmış nüvə sazişindən çıxmaqla itirən tərəf olacaq".

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Qərb imzaladığı razılaşmaya sadiq qalmır.

"Beynəlxalq müqavilələri istədiyiniz zaman poza və ya davam etdirə bilməzsiniz. Bu qəbuledilməzdir”

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. Tramp həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?