Modern.az

Hadi Rəcəbli görüş keçirdi

Hadi Rəcəbli görüş keçirdi

Aktual

9 May 2018, 12:19

Milli məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda Ulu öndər Heydər Əliyevin  95-illik yubileyi münasibətilə bağlı bir qrup vətəndaşlarla görüş keçirib.

 

“Ən böyük Azərbaycanlı” mövzusunda baş tutan görüşdə Heydər Əliyev fenomeni, onun şərəfli həyat yolu, müasir sosial müdafiə sisteminin yaradıcısı mövzusunda geniş mühazirə söylənilib.

 

Millət vəkili qeyd edib ki, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində ərsəyə gətirdiyi ən böyük şəxsiyyətlərdəndir. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini qoyub, daha sonra isə bu təməl üzərində qurulan dövlətini qoruyub saxlaya bilib.

 

Onun dünya siyasət xəzinəsini zənginləşdirən fəaliyyəti azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı suveren dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynayıb.

Deputat onu da qeyd etdi ki, müstəqil Azərbaycanın sosia-müdafiə sistemi də bilavasitə Ulu öndərin adı ilə bağlıdır.

 

“Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasının işləyib hazırladı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi haqqında müqavilələri bağlamaqla Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı, üstəlik hərbi təhlükəsizliyi təmin etdi”.

 

Sonda görüş iştirakçıları millət vəkili ilə xatirə şəkli çəkdiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?