Modern.az

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı

Aktual

10 May 2018, 11:16

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 93.1.4 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs Əzizov Daşqın Paşa oğluna Bərdə rayon sakini Rəşad Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sabunun içərisində xüsusi üsulla gizlədilmiş 0,875 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?