Modern.az

Avtomobil 9 yaşlı yeniyetməni vurdu - SUMQAYITDA

Avtomobil 9 yaşlı yeniyetməni vurdu - SUMQAYITDA

Aktual

10 May 2018, 18:28

Sumqayıt şəhərində 9 yaşlı yeniyetməni avtomobil vurub. 

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb.

 

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Yusif Elçin oğlu Əkbərovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Yeniyetmə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?