Modern.az

Trampla Kim Çen Inın görüşəcəyi tarix bəlli OLDU

Trampla Kim Çen Inın görüşəcəyi tarix bəlli OLDU

Aktual

10 May 2018, 18:58

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inla görüşünün vaxtını açıqlayıb.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, D.Tramp bu barədə öz "Twitter" səhifəsində yazıb.

 

O bildirib ki, Kim Çen Inla görüş iyunun 12-də Sinqapurda baş tutacaq.

 

Qeyd edək ki, ötən gün Şimali Koreya rəhbəri ilə görüşmüş ABŞ Dövlət katibi Mayk Pompeo görüş tarixinin və yerinin məlum olduğunu demişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?