Modern.az

Rusiya kubokunun qalibi Avropa Liqasına buraxılmayacaq

Rusiya kubokunun qalibi Avropa Liqasına buraxılmayacaq

Aktual

11 May 2018, 15:17

Futbol üzrə Rusiya kuboku yarışlarının qalibi müəyyənləşib. “Tosno” komandası finalda “Avanqard”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bu haqda Modern.az Rusiya KİV-nə istinadən xəbər verir. 

Volqoqradda keçirilən oyunda qazanılan qələbə Leninqrad vilayətinin komandası üçün tarixində ilk uğur olub. Buna baxmayaraq komanda Avropa Liqasında iştirak edə bilməyəcək. Buna səbəb isə klubun vaxtında lisenziya ala bilməməsidir. Belə olan halda ölkəni Avropa Liqasında Rusiya çempionatını 6-cı pillədə bitirən komanda təmsil edəcək. Hazırda buna ən yaxın “Ufa” komandasıdır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?