Modern.az

Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olundu  

Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olundu   

Aktual

11 May 2018, 15:27

Mayın 11-də Azərbaycan Tərcümə Mərkəzinin (AzTC) dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən dil və tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində keçirdiyi Seçim Turlarından (ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə) uğurla keçmiş 20-dən çox tərcüməçiyə sertifikatlar təqdim olunub.    

 

Təqdimat mərasimini giriş sözü ilə açan Mərkəzin baş redaktoru Vilayət Hacıyev hazırkı  

turların yaxın gələcəkdə keçiriləcəyi nəzərdə tutulan tərcümə akkreditəsinin ilkin mərhələsi olduğu, sertifikatlar almış mütəxəssislərin gələcək akkreditə prosesinə, artıq sınaq imtahanlarının birinci mərhələsinin qalibi kimi qatılacağı haqqında məlumat verərək bu işin il boyu mütəmadi şəkildə aparılacağını bildirib.

 

Daha sonra söz qaliblərə verilib. Çıxış edənlər tərcümə sahəsində nizam yaradacaq bu tədbirə görə minnətdarlıqlarını ifadə edərək tərcümə işi ilə bağlı Mərkəzlə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.              

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?